TÜRKMƏNÇAYDA RUSİYA İLƏ İRAN ARASINDA İMZALANMIŞ MÜQAVİLƏ

 

TÜRKMƏNÇAYDA RUSİYA İLƏ İRAN ARASINDA İMZALANMIŞ MÜQAVİLƏ

 

1828-ci ilin fevralın 10-u

 

    Qadir Allah Naminə!

   İmperator əlahəzrətləri, Bütün Rusiyanın ən şöhrətli və əzəmətli böyük hökmdarı və imperatoru və İran dövlətinin sahibi, hökmdarı əlahəzrətləri padşahın öz təbəələrinə yüksək hökmdar məhəbbətinə görə, onların ürəklərinə zidd olan müharibənin fəlakətlərinə son qoymağı və qədimdən bütün Rusiya İmperiyası və İran dövləti arasında mövcud olmuş səbatlı sülh və xeyirxah qonşu dostluğunu möhkəm əsas üzərində bərpa etməyi səmimi qəlbdən, qarşılıqlı surətdə arzulayaraq aşağıdakı maddələri qərara aldılar və əbədiyyət üçün təsdiq etdilər. ...