Ümumi məlumatlar

♦​ Rəsmi ad – Arsax Respublikası

♦​ Paytaxt – Stepanakert şəhəri

♦​ Rəsmi dil – erməni dili

♦​ Rəsmi din - xristianlıq, əhalisinin 93.6% hissəsi Erməni Həvari Kilsəsinin mənsublarıdır

♦​ Əsas qanun – Arsax Respublikasının Konstitusiyası

♦​ Pul vahidi – Ermənistan dramı. 1993-cü ildə dövriyyəyə buraxılmışdır.

♦​ Əhali – 145053 nəfər /2015-ci il siyahıyaalınmasına əsasən/

♦​ Saat qurşağı – Qrinviç vaxtı+4 saat

♦​ Əhali tərkibi – ermənilər /99.7%/, ruslar, ukraynalılar, yunanlar, gürcülər, azərbaycanlılar və b.

♦​ Coğrafi mövqe – Erməni yaylasının cənubi-şərqi hissəsi

♦​ Böyük göllər – Böyük Al, Kiçik Al, Qaragöl

♦​ Ərazi – Arsax Respublikasının ərazisi 11432 km2-dır

♦​ Dövlət sərhədi – Qərbdən Ermənistan Respublikasına, şimaldan vəşərqdən Azərbaycan Respublikasına, cənubdan isə İran İslam Respublikasına həmsərhəddir.

♦​ İqlim – mülayim və yumşaq, ərazisinin böyük hissəsində - subtropik.

♦​ Havanın orta temperaturu – +10.9°C

♦​ Havanın ən yüksək temperaturu – +37°C

♦​ Havanın ən aşağı temperaturu – -20°C

♦​ Atmosfer yağıntılarının orta illik miqdarı – 587 mm

♦​ Dəniz səviyyəsindən orta yüksəklik – 1100 m

♦​ Ən hündür dağlar – Gamişdağ (3724 m), Dəlidağ (3616 m), Murovdağ (3343 m), Böyük Kirs (2725 m)

♦​ Ən iri çaylar – Araz, Bazarçay, Həkəri, Tərtər, Xaçınçay

♦​ Faydalı qazıntılar – mərmər, qranit, andezit, tuf, bazalt, əhəngdaşı, diabaz, bentonit gilləri, pemza, gil, polimetallar (sink, mis daşları, qurğuşun, litoqraf daşı, daş kömür, pirit daşı, dəmir, başqa metallar), su ehtiyatları

♦​ Telefon kodu –

Stepanakert şəhəri - +374 47 (9-)

Martuni - +374 47 (8-)

Şuşi - +374 47 (7-)

Kaşatağ - +374 47 (7-)

Əsgəran - +374 47 (6-)

Hədrut - +374 47 (5-)

Martakert - +374 47 (4-)

Mobil əlaqə - +374 97 

Arsax Respublikasının ərazisi 7 rayondan - Şahumyan, Martakert, Əsgəran, Kaşatağ, Şuşi, Martuni, Hədrut - və paytaxtı olan Stepanakert şəhərindən ibarətdir. Arsax Respublikasında 10 şəhər və 322 kənd yaşayış məntəqəsi var.

Arsax Respublikasının paytaxtı Stepanakert şəhəridir. Əhalisi 2015-ci il siyahıyaalınmasına görə 54752 nəfərdir. Arsax Respublikasının daimi əhalisi həmin siyahıyaalınmaya görə 145053 nəfərdir.