GÜLÜSTAN MÜQAVİLƏSİ - QARABAĞ ƏRAZİSİNİN İRANDAN RUSİYAYA VERİLMƏSİ HAQQINDA DÖVLƏTLƏRARASI AKT

 

GÜLÜSTAN MÜQAVİLƏSİ - QARABAĞ ƏRAZİSİNİN İRANDAN RUSİYAYA
VERİLMƏSİ HAQQINDA DÖVLƏTLƏRARASI AKT

 

1813-cü ilin oktyabrın 12-si

 

   Qadir Allah Naminə!

   İmperator əlahəzrətləri, Bütün Rusiyanın ən şöhrətli və əzəmətli böyük hökmdarı və imperatoru və İran dövlətinin sahibi, hökmdarı əlahəzrətləri padşahın öz təbəələrinə yüksək hökmdar məhəbbətinə görə, onların ürəklərinə zidd olan müharibənin fəlakətlərinə son qoymağı və qədimdən bütün Rusiya İmperiyası və İran dövləti arasında mövcud olmuş səbatlı sülh və xeyirxah qonşu dostluğunu möhkəm əsas üzərində bərpa etməyi səmimi qəlbdən, qarşılıqlı surətdə arzulayaraq bu ədaləti və nicatverici iş üçün aşağıdakıları öz səlahiyyətli müvəkkilləri təyin etməyi faydalı bilmişlər. ...